“Gürcüstan indi öz tarixini yazır”

“Öz gələcəyini düşünən bir ölkə üçün Mixail Saakaşvili səviyyəsində olan bir şəxsin həbsdə olması düzgün deyil”.

Bunu Ukrayna Prezidenti Administrasiyasının baş məsləhətçisi Mixail Podoliak “Mtavari”yə açıqlamasında deyib.

Onun sözlərinə görə, əgər Gürcüstan hakimiyyəti Mixail Saakaşvilini Ukraynaya vermək istəmirsə, o zaman onu üçüncü ölkəyə, hansısa Avropa dövlətinə təhvil verməlidir.

Mixail Saakaşvili tarixi şəxsiyyətdir. Siyasi proseslər müxtəlif qiymətləndirmələr tələb edir. Mən onun keçmiş siyasi rəqiblərinin iddialarını görürəm. Bu zaman biz prezident kimi onun Gürcüstana hansı xeyirləri gətirdiyini yaxşı başa düşürük. Gələcəyini düşünən bir ölkə üçün həbsdə Mixail Saakaşvili səviyyəsində bir fiqurun olması düzgün deyil.

Əgər onu Ukraynaya vermək istəmirsinizsə, onda üçüncü ölkəyə verin, Hollandiya və ya başqa bir Avropa ölkəsinə. Bunlar həm Mixail Saakaşviliyə, həm də tarixə humanist münasibət olacaq. Çünki o, bu ölkənin prezidenti idi. Gürcüstan indi öz tarixini yazır və gələcəkdə bütün bu gedən proseslər tarix dərsliklərində qeyd olunacaq.

Ona görə də Gürcüstan hökuməti Mixail Saakaşvilini azad etsə, bu, düzgün addım olacaq və beləliklə, onlar öz tarixi rolunu yerinə yetirəcəklər”, – deyə Ukrayna rəsmisi qeyd edib.