Xəstəxanada qanun pozuntusu – Araşdırma aparılır

Azərbaycan Respublikasının Baş Prokurorluğu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında aşkarlanmış qanun pozuntuları ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında aşkar edilmiş qanun pozuntularına dair araşdırma aparılır.