170 gündə Rusiyanın Ukraynada itirdikləri

Ukrayna müharibənin 170-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Ukrayna Baş Qərargahının yaydığı məlumatda deyilir ki, Rusiya indiyə qədər 43 200 hərbçi, 1 849 ədəd tank, 4108 ədəd zirehli döyüş maşını, 975 ədəd artilleriya sistemi, 261 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 136 hava hücumundan müdafiə sistemi, 233 ədəd hərbi təyyarə, 193 ədəd helikopter, 3021 ədəd avtomobil texnikası, 778 ədəd PUA, 185 qanadlı raket, 15 gəmi/qayıq, 90 xüsusi avadanlıq itirib.
Cavid