Binəqədidə Beynəlxalq Gənclər günü qeyd olunub

Binəqədi rayonunda 12 avqust Beynəlxalq Gənclər günü münasibətilə tədbir keçirilib.

Tədbirdə millət vəkili Səbinə Xasayeva, Bakı şəhəri Gənclər və İdman Baş İdarəsi rəisinin birinci müavini Aydın Yusifov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, YAP Binəqədi Rayon Təşkilatının sədr müavini Sevinc Abdullayeva, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin direktoru Günel Həsənova,  Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amal Əsgərov, Vətən müharibəsi iştirakçısı qazi Ceyhun Sədrayev, Vətən müharibəsi qəhrəmanı şəhid Polkovnik-leytenant Anar Şükürovun oğlu fəal gənc Ümid Şükürlü və digər fəal gənclər iştirak edib.

Tədbir dövlət müstəqilliyimiz, torpaqlarımızın azadlığı uğrunda  canlarından keçənlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səslənməsindən sonra açıq elan olunub.

YAP Binəqədi Rayon Təşkilatının sədr müavini Sevinc Abdullayeva qonaqları salamlayıb, gənclərin bayramını təbrik edərək, bildirib ki, ölkəmizdə gənclərə ən yüksək diqqət və qayğı göstərilir,  bütün sahələrdə gənclərin iştirakına təkan vermək məqsədilə geniş imkanlar yaradılıb.

Daha sonra çıxış edən Səbinə Xasayeva 1998-ci ildən hər il avqustun 12-nin dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunduğunu bildirib və gənclərə uğurlar arzulayıb.