Ruslar Zelenskiyə qarşı sui-qəsd hazırlayırlar

Rusiya tərəfindən Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd hazırlanır.

Avrasiya.net xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.

“Avqustun 24-də Ukraynanın Müstəqillik Günündə Rusiyanın ölkəmizə qarşı təxribatlarının baş verməsi mümkündür. Onlar təxribatları hər zaman edirlər. Biz bu planları qabaqlayırıq. Demək olar ki, qarşı tərəfin bütün planları haqqında məlumatımız var”, – Aleksey Danilov vurğulayıb.

Qeyd edək ki, müharibə dövründə Zelenskiyə qarşı bir neçə dəfə sui-qəsd cəhdinin qarşısı alınıb.