ABŞ Avropanı Ukraynaya görə qurban verir

ABŞ-ın hərəkətləri ucbatından Avropa Ukrayna böhranının nəticələrindən əziyyət çəkir.

Bunu jurnalist Syu Liu “Qlobal Tayms” üçün məqaləsində yazıb.

“Avropa ölkələri Ukraynadakı münaqişənin qurbanına çevriliblər – onlar enerji böhranı və kəskin qiymət artımı ilə üzləşməli olurlar. Bundan başqa, Avropanın əsas ölkələrinin iqtisadiyyatları tənəzzül mərhələsinə qədəm qoyur və bu, siyasi və sosial qeyri-sabitliyə səbəb ola bilər”, – o bildirib.

Məqalədə vurğulanır ki, buna görə də Avropanın Rusiya və Çindən Qərbə təhdid adlandırılan məsələ ilə bağlı ABŞ-ın mövqeyinə inamı azalıb.

Müəllif əmindir ki, Avropa ölkələri yalnız Vaşinqtonla müttəfiqlik sistemini saxlamaq üçün öz maraqlarını qurban verməyəcəklər.

Liu vurğulayıb ki, Avropa üçün Rusiya diqqətdən kənarda qalmayan qonşu, Çin isə ən vacib bazardır:

“Bu vəziyyətdə Amerikanın Çin və Rusiya təhdidləri ilə bağlı təbliğatı çətin ki, uğurlu olsun. Vaşinqton Moskva və Pekinə nə qədər düşmən kimi baxırsa, müttəfiqləri öz ətrafında birləşdirmək bir o qədər çətinləşir”