Daha 6 gəmi Ukrayna taxılının ixracına icazə alıb

Bu barədə BMT-nin Qara Dəniz Taxıl Təşəbbüsü üzrə Birgə Əlaqələndirmə Mərkəzindən məlumat verilib.

“Artıq Mərmərə dənizində iki gəmi yoxlanılıb və yüklənmə üçün Çernomorsk limanına gedə bilər. Bu gün daha 4 gəmiyə baxış planlaşdırılır. Müvəffəqiyyətli yoxlama olarsa, bu gəmilər də Çernomorsk limanına gedəcək”, -məlumatda bildirlib.