Türkiyədə leysan ciddi fəsadlar törədib

Türkiyədə leysan yağışları ciddi fəsadlar törədib.

Modern.az xəbər verir ki, gecə saatlarından başlayaraq İstanbul və Ankara daxil olmaqla, Türkiyənin bir çox bölgəsində leysan yağışları yağıb.

Güclü yağış səbəbindən Bursa vilayətində 260 evi su basıb, yollarda iri gölməçələr yaranıb.

Məlumata görə, bölgədə güclü külək ağacları aşırıb, dam örtüklərini uçurub. Bundan əlavə, külək yollarda qəzalara səbəb olub.

Hazırda bölgəyə çox sayda canlı qüvvə cəlb olunub. Təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına başlanılıb.