ABŞ İranın təklifinə cavab verib

ABŞ İranın nüvə sazişini bərpa etmək üçün təqdim etdiyi təkliflərə cavab verib.

 Bu barədə Reuters agentliyi məlumat yayıb.

Bildirilir ki, cavab hazırda İran Xarici İşlər Nazirliyi tərəfindən araşdırılır. 

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Vaşinqtonun Tehranın şərhlərinə cavab verdiyini təsdiqləyib.