KİV: UEFA PSJ-ni böyük məbləğdə cərimələyəcək

“Report” “La Repubblica” nəşrinə istinadən xəbər verir ki, ən ciddi sanksiya Fransanın PSJ komandasına tətbiq ediləcək. Paris təmsilçisi 10 milyon avro məbləğində cərimələnəcək.

İtaliyanın “Yuventus” və “Milan” klubları təqribən 2-3 milyon avro cərimə ödəyəcəklər. “İnter” və “Roma” isə UEFA ilə danışıqları davam etdirir. Bu kollektivlərlə bağlı qərarın yaxın 10 gün ərzində açıqlanacağı gözlənilir. Avropa futbol qurumunun Milan və Roma təmsilçilərinə transfer məhdudiyyəti qoyacağı və onları cərimələyəcəyi istisna olunmur.