“Məğlub olmamışam, yalandır” – Dünya çempionu

Azərbaycanlı kikboksçu, dünya çempionu Cabbar Mustafayev Zabit Səmədovun vida döyüş gecəsində gürcüstanlı döyüşçü İrakli Cquşiaya məğlub olması barədə xəbərə aydınlıq gətirib.

Bununla bağlı açıqlama verən idmançı döyüşdə uduzmadığını bildirib.

“Rəqibi nakaut etsəm də, hakim buna uyğun qərar vermədi. Hakim daha sonra yanlışını başa düşüb, döyüşün nəticəsinin ləğv olunduğunu bildirdi. Gürcüstanlı rəqibim ilə Almaniyanın Frankfurt şəhərində revanş  döyüşümüz olacaq”.

Qeyd edək ki, sözügedən döyüş 10 sentyabr tarixində keçirilib.