Rusiyanın neft gəlirləri ən aşağı səviyyəyə düşdü

Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər mart ayından bəri ən aşağı göstəriciyə (17,7 milyard dollar) düşüb.

Bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.

Bu rəqəm bir ay əvvəlkindən 1,2 milyard dollar azdır.

Azalma Rusiyadan neft və neft məhsulları ixracının gündəlik 220 min barrel artaraq, 7,6 milyon barrelə yüksəlməsinə baxmayaraq baş verib.