Medvedev də Qərbi nüvə silahı ilə HƏDƏLƏDİ

“Ukraynanın işğal olunmuş ərazilərində “referendumlar” keçiriləcək və onlar Rusiyaya daxil olacaqlar”.

Bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında yazıb.

Onun sözlərinə görə, “azad edilən” bütün ərazilərin mühafizəsi Rusiya Silahlı Qüvvələri tərəfindən əhəmiyyətli dərəcədə gücləndiriləcək:

“Rusiya elan edib ki, o ərazilər istənilən silahla, o cümlədən strateji nüvə silahları ilə müdafiə olunacaq. NATO Krıma zərbə endirəcəyilə bağlı Rusiyanı qorxudur. Unutmasınlar ki, hipersəs (silah növü) Avropa və ABŞ-dakı hədəflərə daha sürətli çata bilər. Amma Qərb isteblişmenti, ümumiyyətlə, NATO ölkələrinin bütün vətəndaşları başa düşməlidirlər ki, Rusiya öz yolunu seçib. Geriyə dönüş yoxdur”.