Ölən erməni əsgərlərin valideynləri Paşinyanın yolunu kəsdi – Polis güc tətbiq etdi

Müstəqillik günündə Ermənistanda “Erablur” hərbi məzarlığında baş verən insident böyük ictimai rezonansa səbəb olub.

Modern.az “Sputnik”ə istinadən xəbər verir ki, Ermənistan polisi “Erablur” hərbi məzalığında baş vermiş insidentlə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, döyüşlərdə ölən erməni əsgərlərin valideynləri baş nazir Nikol Paşinyanın hərbi məzarlığa ziyarətinə mane olmağa çalışıblar. Bunun üçün valideynlər Paşinyan gələnədək “Erablur” məzarlığında növbə çəkiblər. Lakin sentyabrın 21-də səhər saatlarında polis güc tətbiq edib, qurbanların valideynləri şöbəyə aparılıb, bundan sonra Paşinyana yol açılıb. Hadisə ictimai rezonansa səbəb olub.