Azərbaycan təyyarəsi Tbilisidə məcburi eniş etdi

“Buta Airways” aviaşirkətinin Bakı-Batumi J2-9227 reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi ehtiyat hava limanına eniş etmək qərarına gəlib.

Bu barədə Modern.az-a “Buta Airways” aviaşirkətinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, buna səbəb Batumi hava limanı ətrafında hava şəraitinin pis olmasıdır. “Embraer 190” təyyarəsi saat 09:40-da Tbilisi hava limanında eniş edib.