Mincivan-Hacıqabul yolunda qəza: ölən var

Füzuli rayonunun Mincivan-Hacıqabul avtomobil yolunun 118-ci kilometrliyində yol qəzası olub, ölən və yaralananlar var.

Axar.az xəbər verir ki, ötən gün saat 17 radələrində 1992-ci il təvəllüdlü Cəlal Abil oğlu Kərimli idarə etdiyi “Qazel” markalı nəqliyyat vasitəsi ilə Mincivan-Hacıqabul avtomobil yolunun 118-ci kilometrliyində ötmə əməliyyatı həyata keçirərkən qarşı tərəfdən gələn 28.07.1978-ci il təvəllüdlü Elşən Əmir oğlu Məmmədovun idarə etdiyi “Daevoo” markalı nəqliyyat vasitəsinin yoluna çıxıb.

Nəticədə toqquşma baş verib, zərbənin təsirindən “Daevoo” markalı avtomobil idarəetməni itirərək aşıb.

Qəza zamanı “Daevoo”nun sərnişini 08.12.1955-ci il təvəllüdlü Rahila Hidayət qızı İmaməliyeva hadisə yerində ölüb.

Eyni zamanda, hər iki avtomobilin sürücüləri müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Füzuli Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.