Qərb buna görə Ukraynaya tank vermir

ABŞ və Almaniya texniki xidmət və logistika ilə bağlı problemlərə görə Ukraynaya müasir “M-1 Abrams” və “Leopard” tanklarının verilməsini ləngidir.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.

“M-1 Abrams” və “Leopard” tankları Ukrayna hərbçilərinə indi istifadə etdikləri köhnə sovet tanklarından daha çox ərazini geri qaytarmağa və saxlamağa kömək edəcək. Lakin hər iki ölkənin yüksək səviyyəli milli təhlükəsizlik rəsmiləri təlim və maddi-texniki problemlər səbəbindən tankları göndərməkdə tərəddüd edir. ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı Ben Hoces bildirib ki, Qərb tankları Ukrayna qüvvələrini əhəmiyyətli dərəcədə təkmilləşdirəcək, lakin hazırlıq və logistika zənciri lazımdır. Bu texnikalar Ukraynanın indi istifadə etdiyi tanklardan çox fərqli sistemdir, əhəmiyyətli texniki xidmət və maddi-texniki dəstək tələb edir”, – məlumatda deyilir.

Qeyd olunur ki, “Leopard”lar döyüş əməliyyatları üçün daha uyğun ola bilər:

“Onlar Ukraynanın artıq istifadə etdiyi tanklara bənzəyir və “M-1 Abrams”dan daha az yanacaq tələb edir. Bununla belə, Almaniya Ukraynanın tank tələbini dəfələrlə rədd edib. Almaniya müdafiə naziri Kristina Lambrext isə bu yaxınlarda bildirib ki, Berlin NATO tərəfdaşları ilə “birtərəfli qaydada” belə hərəkətlərə yol verməmək barədə razılığa gəlib. Bu tank mübahisəsi Qərblə Ukrayna arasında silah mübahisəsindəki son döyüşdür. Hər mərhələdə ABŞ bu və ya digər silahları Rusiyanı qızışdırmamaq üçün göndərməyə tərəddüd edirdi. Sonra onlar müharibə getdikcə və döyüş meydanında ehtiyaclar dəyişdikcə fikirlərini dəyişdilər, silahları verdilər”.