Qərbin bu partlayışlarda iştirakı ilə bağlı sübut var – Narışkin

“Şimal axını” qaz kəmərində baş verən partlayışlar beynəlxalq terror aktıdır.

Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

“Rusiyanın bu cinayətin arxasında Qərbin dayandığına dair sübutları var. Ancaq Qərb bu beynəlxalq terror aktının əsl təşkilatçı və icraçılarını gizlətmək üçün hər şeyi edir”, – Narışkin bildirib.