Tofiq Yaqublu saxlanıldı – DİN

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu saxlanılıb.

Bu barədə onun qızı Nigar Həzi paylaşım edib.

DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev isə saytımıza bildirilib ki, bununla bağlı heç bir məlumata malik deyil.

***

Razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə Tofiq Yaqublu saxlanılıb.

Bu barədə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, hazırda müvafiq araşdırma aparılır.

“Araşdırma başa çatan kimi sərbəst buraxılacaqdır”, – o əlavə edib.