Türkiyədə avtobus qəzası: 20 yaralı var

Türkiyənin Ərzincan şəhərində mikroavtobus qəzası nəticəsində 20-dən çox insan xəsarət alıb.

Bu barədə Türkiyə mediası məlumat yayıb

Məlumata görə, hadisə saat 04:30 radələrində (Bakı vaxtı ilə 05:30) Qızıldağda Ərzincan-Sivas magistralında baş verib.