Özbəkistanda partlayışla nəticələnən yanğın olub

Özbəkistanın Daşkənd vilayətinin Çirçik şəhərində partlayışla nəticələnən yanğın baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə vilayət administrasiyasının mətbuat xidmətindən bildirilib.

Hadisə kimya zavodunda qeydə alınıb.

Məlumata görə, yanğın partlayışa səbəb olub.