Elçin Aslangil də AYB-dən imtina etdi

Hazırda İsçevdə yaşayan azərbaycanlı şair Elçin Aslangil Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən imtina etdiyini açıqlayıb.

Kult.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.

Qeyd edək ki, ötən gün əslən Güney Azərbaycanın Təbriz şəhərindən olan və hazırda Bakıda yaşayıb-yaradan şair Ümid Nəccari Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən imtina etdiyini açıqlayıb.

Xatırladaq ki, ötən gün AYB-in qurultayı keçirilib və yazıçı Anar yenidən sədr seçilib.