Səmayə Məmmədovaya yeni vəzifə verildi

Tanınmış jurnalist Səmayə Məmmədovaya yeni vəzifə verilib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, S.Məmmədova Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr ve informasiya təminatı şöbəsinə müdir təyin edilib.

Qeyd edək ki, jurnalist bundan əvvəl Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri vəzifəsində çalışıb.