MHP rəhbərliyi “İncəsənət qalası” adlı yubiley tədbirində iştirak edib

Ölkəmizin qocaman sənət ocaqlarından biri olan Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin 100 illiyinə həsr olunmuş “İncəsənət qalası” adlı yubiley tədbirində iştirak etdik.

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən bu gözəl tədbir bir-birindən maraqlı ifalarla, ədəbi-bədii kompozisiyalarla, Tofiq Bakıxanov, Ramiz Məlikov kimi korifey sənətkarların xatirələrlə dolu çıxışları ilə yadda qaldı.

Biz də Milli Həmrəylik Partiyasının adından çıxış edərək, Mərkəzin bədii rəhbəri Məhərrəm Nəcəfzadəyə və direktoru Aida Muradovaya fəxri fərman və gül dəstəsi təqdim etdik, kollektivə uğurlar dilədik.

100 illiyiniz mübarək!


Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri