Türkiyədə polis maşını partladıldı – 8 nəfər yaralandı

Dekabrın 16-da yerli vaxtla saat 04:30 radələrində Türkiyənin cənub-şərqindəki Diyarbəkir vilayətində bomba yüklü avtomobil partladılıb.

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə polisin xüsusi təyinatlı dəstəsini daşıyan xidməti avtobus hərəkət etdiyi Diyarbəkirin girişində baş verib.

Polis maşını Diyarbəkir-Mardin magistral yolu ilə hərəkət edərkən uzaqdan idarə olunan qurğunun köməyi ilə yol kənarında park edilmiş avtomobildə partlayıcı qurğu işə salınıb. Hadisə yerinə əlavə təhlükəsizlik qüvvələri cəlb edilib.

Partlayış nəticəsində azı 8 polis əməkdaşı yaralanıb. Yaralılar yerli xəstəxanalara çatdırılıb.

Partlayış ərazisi bloklanıb, antiterror əməliyyatı aparılır.