Almaniyanın İrana ixracı artdı

Berlin və Tehran arasında son aylarda artan gərginliyə baxmayaraq, Almaniyanın İrana ixracı son bir ildə artıb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” Almaniya Federal Statistika İdarəsinə istinadən məlumat yayıb.

“Almaniyanın 2022-ci ilin yanvar-noyabr aylarında İrana ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz artaraq 1,5 milyard dollara çatıb. Almaniyanın İrana ixracındakı bu rəqəmi 2021-ci ilin ümumi ixracından çoxdur”, – məlumatda deyilir.

Qeyd edək ki, Almaniya İranda etirazların zorakılıqla yatırılması səbəbindən bu ölkə ilə ticarətin inkişafı üçün bütün kredit və investisiya zəmanətlərinin rəsmi olaraq dayandırdığını bildirmişdi.