Deputat qurumlardan gileyləndi: “Şikayətlər həllini tapmır”

“Biz bəzi dövlət qurumlarına müraciət edərkən formal olaraq cavablar alırıq”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Jalə Əliyeva bildirib.

Deputat bəzi hallarda şikayətlərin həllini tapmadığını söyləyib:

“Biz vətəndaşların problemləri ilə bağlı müəyyən qurumlara müraciət edəndə, istədiyimiz cavabları ala bilmirik. Belə olan halda müraciət etdiyimiz şikayətlər həllini tapmır”.