İranla dostluq qrupu fəaliyyətini dayandırsın – Deputat

Azərbaycan parlamentinin İranla dostluq qrupunun fəaliyyəti müvəqqəti dayandırılmalıdır. Onun gələcək fəaliyyəti İranın davranışlarından asılı olmalıdır.

Bunu Milli Məclisin iclasında çıxış edən deputat Elman Nəsirov deyib.

Deputat əlavə edib ki, hazırda Azərbaycan Daxili İşlər Nazirliyi ölkə daxilində İrana bağlı olanlara qarşı tədbirlər həyata keçirir.