Şvatsenegger qəzaya düşdü

Məşhur Hollivud aktyoru Arnold Şvartsenegger Los-Anceles şəhərində qəzaya düşüb.

Kult.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Məlumata görə, aktyor öz avtomobilində getdiyi vaxt qəfildən qarşısına velosipedçi qadın çıxıb. Şvartsenegger əyləci basmağa vaxt tapmayıb və qadın maşının altına düşüb.

Xəstəxanaya çatdırılan qadının elə də ciddi xəsarət almadığı bildirilib. Onun həmin vaxt narkotik qəbul etdiyi və ya içkili olduğu ehtimal olunur.