Pakistan Türkiyəyə xilasetmə qrupları göndərdi

Pakistan Silahlı Qüvvələrinin axtarış-xilasetmə qrupları Türkiyəyə çatıb.

Bu barədə Türkiyənin İslamabaddakı səfirliyindən bildirilib.

Məlumata görə, təyyarələr Adana hava limanına eniş ediblər.

“Pakistanlı qardaşlarımıza fəaliyyətlərində uğurlar arzulayırıq və növbəti dəfə minnətdarlığımızı bildiririk”, – diplomatik nümayəndəliyin yaydığı məlumatda qeyd olunub.