Tağı Əhmədovun səhhəti pisləşdi

Bakı Metropoliteni QSC-nin sabiq rəisi Tağı Əhmədovun səhhəti yenidən pisləşib.

Unikal.az xəbər verir ki, o, Bakıdakı özəl klinikalardan birinə yerləşdirilib.

Tağı Əhmədov hazırda həmin klinikada müalicəsini davam etdirir.

Qeyd edək ki, T.Əhmədov 1998-2014-cü illərdə Bakı Metropoliteni QSC-nin rəisi olub. Son zamanlarda onun ayağında ciddi problem yaranmışdı.