Türkiyədə iki güclü zəlzələ oldu

Türkiyənin Bolu şəhərində 4,8 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, zəlzələ yerin təxminən 8,13 kilometr dərinliyində qeydə alınıb.

***

Türkiyənin Van əyalətinin Başkale rayonunda 5,3 maqnitudada zəlzələ olub.

Bu barədə AFAD məlumat yayıb.

Zəlzələ 15,25 km dərinlikdə meydana gəlib.