Böyükşor gölündə meyit tapıldı


Bakı şəhəri, Sabunçu rayonu, Böyükşor gölündə naməlum kişi meyiti aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Meyitin göldən çıxarılmasına kömək məqsədilə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub.

Meyit göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.