Kişi arvadını qətlə yetirdi

Martın 17-da saat 09 radələrində Zaqatala şəhərində Firəngiz Yusifovanın ailə münaqişəsi zəminində yaşadığı evdə ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən  bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı Məhəmməd Didiyev rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə “isti izlər”lə saxlanılıb.

Araşdırma aparılır.