MDŞ Əhməd Obalıya hücumla bağlı bəyanat yaydı

Milli Dövlətçilik Şurası Günaz TV-nin rəhbəri Əhməd Obalıya edilən hücumu pisləyən bəyanat yayıb.

Hadisənin terror aktı kimi dəyərləndirildiyi bəyanatda hücumun Əhməd Obalının milli mübarizəsinə mane olmaq məqsədi ilə həyata keçirildiyi bildirilib.

“Günaz TV-nin rəhbəri, GAMAC İdarə Heyətinin, eləcə də Milli Dövlətçilik Şurasının üzvü Əhməd Obalı və oğlu Dəniz Obalı terror hücumuna məruz qalıb, ağır fiziki xəsarət alıb. Ancaq bu terror aktını törədənlərin çirkin niyyətlərinə nail ola bilməyəcəklərinə və Obalının ən qısa zamanda Güney Azərbaycan milli qurtuluş savaşının sıralarına dönəcəyinə inancımız tamdır. Milli Dövlətçilik Şurası bu terror aktını şiddətlə qınayır, Əhməd Obalıya və övladına şəfa diləyir.

Bildiririk ki, heç bir güc, basqı, terror, zindan, işgəncə bizim dövlətçilik davamıza mane ola bilməyəcəkdir. Əksinə, hədəfimizə, qurtuluş savaşına doğru daha möhkəm və sarsılmaz iradə ilə davam etməyimizə zəmin yaradacaq”, – bəyanatda qeyd olunub.