Rusiya isveçli diplomatları ölkədən çıxarır

Rusiya 5 İsveç diplomatını “persona non-qrata” elan edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün İsveçin Rusiyadakı səfiri Milena Mard XİN-ə çağırılıb. Stokholm 2023-cü il sentyabrın 1-dən etibarən Rusiya Federasiyasının İsveçin Goteborq şəhərindəkıi Baş Konsulluğunun fəaliyyətini dayandırdığını elan edib.

Rusiya tərəfi də İsveçin Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinə verdiyi razılığı geri götürüb. Bundan əlavə, Rusiya İsveçin Moskvadakı səfirliyinin müdafiə attaşesi də daxil olmaqla, 5 İsveç diplomatını “persona non-qrata” elan edib. Onlar Rusiya Federasiyasının ərazisini tərk etməlidirlər.