Kreml Bakı-İrəvan görüşünü şərh etdi

Heç kim zamanı qovmur, lakin yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması mümkündür.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri tərəflər arasında məsələləri müzakirə etmək üçün gələn həftənin sonunda Moskvada toplaşacaqlar.

Peskovun sözlərinə görə, kimsə sülh müqaviləsinin imzalanmasının dəqiq tarixini proqnozlaşdırmır:

“Baxmayaraq ki, dünənki görüşdə deyildiyi kimi, indi şərait bir çox cəhətdən dəyişib və əslində, konseptual olaraq, bu dəyişmiş vəziyyətlər yaxın gələcəkdə sülh müqaviləsi imzalamağa imkan verir”.