Önəmli etiraf

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında sıx dostluq əlaqələri, qarşılıqlı tərəfdaşlıq, səmimi qonşuluq münasibətləri daima mövcud olmuşdur. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu münasibətlər hal-hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə mayın 25-də Moskvada işgüzar səfərdə olmuşdur.

Zirvə görüşündə çıxış edən Rusiya Prezidenti Vladimir Putin: “Biz növbəti görüşümüzün keçirilməsinə dair təklifə operativ reaksiya verdiyiniz üçün minnətdarıq və ümid edirəm ki, bu, bizim artıq çoxdan danışdığımız bəzi məsələlərin praktik həllində yaxşı müqəddimə olacağını bildirmişdi”.

Çıxışı zamanı mühüm məsələlərə toxunan Prezident İlham Əliyev Azərbaycanın daima Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlıq etdiyini xüsusi ilə vurğuladı. Ermənistan istisna olmaqla bu təşkilata daxil olan digər üzv dövlətlərlə Azərbaycanın 30 il ərzində uğurlu əlaqələr qurduğundan bəhs etdi. Bu əlaqələrin mühüm göstəricisi kimi ötən il ərzində Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında isə qarşılıqlı ticarətin həcmi daha 38 faiz artmışdır.

Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq.

Həmçinin çıxışı zamanı Azərbaycan və Ermənistan münasibətlərinə toxunan Prezident İlham Əliyev Azərbaycan Respublikası və Ermənistan Respublikasının bir-birinin ərazi bütövlüyünü tanımasının əsasında sülh müqaviləsinə doğru ən ciddi addımlardan biri olduğunu və Azərbaycanın daima sülhü dəstəklədiyini iclas iştirakçılarının nəzərinə çatdırdı. Azərbaycanın uğurlu iqtisadi inkişafından ,həyata keçirdiyi layihələrdən söz açan Prezident İlham Əliyev Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının kəsişməsində yerləşməsi nəticəsində ölkəmizin nəqliyyat-logistika infrasturukturunun bütün istiqamətlərdə daşınmasına imkan verdiyini bildirdi. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanələrinin olması ölkəmizin bu sahədə də ciddi irəliyişlərinin olmasının sübutudur. Bakı-Tiblisi-Qars dəmir yolunun Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışının təmin etməsini Prezident İlham Əliyev mühüm amil kimi qiymətləndirdi .

İclas zamanı Ermənistanının Baş Naziri Nikol Paşiniyan Azərbaycana qarşı əsası olmayan ittihamlar irəli sürdü. N.Paşiniyanın əsassız ittihamına görə guya Azırbaycan Laçın Xankənkəndi yolunu bağlayıbdır, Ermənistana qarşı ərazi iddiaları vardır. Həmişə olduğu kimi təmkinlə, yüksək siyasi savadla prezident İlham Əliyev N.Paşinyanın yalançı ittihamlarını puç etdi, onun yalanlarını ifşa etdi. Belə ki, cənab prezident cavab nitqi zamanı Azərbaycanın Ermənisatana heç bir ərazi iddiasının olmadığını, N.Paşinyanın beynəlxalq terminləri düzgün anlamadığını iclas iştirakçılarının nəzərinə çatdırdı. Beləliklə, Ermənistanın Baş Naziri beynəlxalq ictimaiyyət qarşısında özünü pis vəziyyətə saldı, bu da onun qalib lider qarşısında növbəti məğlubiyyəti oldu.

Prezident İlham Əliyev çıxışında bildirmişdi: “Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, sülh sazişinə nail olmaq üçün imkanlar var”.

Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yolu açıqdır. Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir.

Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bəyanatları, eləcə də Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə göstərməklə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq.

Vladimir Putin Azərbaycanla Rusiyanın bu günki münasibətlərinin müttəfiqlik səviyyəsinə qalxdığını xüsusilə nəzərə çatdırmışdır. Bu da Azərbaycanın bölgədə mühüm nüfuza malik olduğunun, Prezident İlham Əliyevin güclü xarici siyasətinin göstəricisidir.

Pənah İmanov
Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri