Rusiya xaricdə hərbi bazaları artırmalıdır – Bondarev

Vaşinqtonun Rusiyaya qarşı düşmənçilik siyasətinin güclənməsi xaricdə hərbi bazalarımızın yaradılmasını zəruri edir, Rusiya KTMT ölkələrində, Abxaziya və Cənubi Osetiyada, Dnestryanıda mövcudluğunu gücləndirməlidir.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Viktor Bondarev deyib.

“ABŞ-ın Rusiyaya qarşı düşmənçilik siyasətinin güclənməsi xaricdə rus hərbi bazalarının yaradılması zərurətinə gətirib çıxarır. Soyuq müharibə dövründə SSRİ-nin Şərqi Avropada, eləcə də Cənub-Şərqi Asiyada (Vyetnam) və Kubada geniş hərbi bazalar şəbəkəsi var idi”, – senator bildirib.