QHT-lər şəhid və qazi övladlarını sevindirdi

Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının və Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhid və qazi övladları 1 İyun uşaqları Beynəlxalq müdafiəsi gününə həsr edilmiş tədbir keçirilib.

İlk öncə paytaxt ərazisində yerləşən Bakı Zooloji Parkına şəhid və qazi övladlarının ekskursiyası təşkil edilib. Daha sonra təşkilatın mərkəzi qərargahında şəhid və qazi övladları əyləncəli proqram təşkil edilib.

Çıxış edən Dayaq Təşkilatının sədri Qalib Əliyev və Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Məhəmməd Məmmədov şəhid və qazi uşaqlarını təbrik edərək vurğulayıbları ki, uşaqlar bizim gələcəyimizdir. Natiqlər çıxışlarında bildiriblər ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.

Bu cür mənəvi dəstək ruhlu tədbiri həyata keçirməkdə əsas məqsəd Dövlət Başçısı, Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərin həyat şəraitinin yaxşılaşdırılması və onların  övladlarına diqqət və qayğı yönümündə gördükləri uğurlu işlərə İctimai dəstək olmaqla yanaşı vətəndaş cəmiyyəti töhvəsini verməkdir.

Sonra nağıl qəhrəmanlarının personajları, şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradaraq davam edib.