İrəvanın qərarına hörmətlə yanaşırıq – KTMT

Ermənistan KTMT-nin müttəfiqi olub və qalır. İrəvanın Minskdəki iclasda iştirak etməməsindən qəti nəticə çıxarmağın mənası yoxdur.

Zafer Tv xəbər verir ki, bunu KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov deyib.

“Ermənistan nümayəndə heyətinin iştirak etməməsinin səbəbləri texniki xarakterli olub. İstənilən halda bu, müstəqil və suveren dövlətin qərarıdır. KTMT təşkilatın tamhüquqlu üzvü kimi Ermənistanın qərarına hörmətlə yanaşır”, – Tasmaqambetov bildirib.