Çindən sərt xəbərdarlıq: Bu, müharibə deməkdir!

Çin Tayvanla sülh yolu ilə birləşmək üçün geniş imkanlar yaratmağa hazırdır, lakin Tayvanın müstəqilliyinə yönəlmiş separatçı hərəkətlərə dözməyəcək.

Zafer Tv xəbər verir ki, bunu Çin Dövlət Şurası yanında Tayvan İşləri İdarəsinin sədri Çen Binxua deyib.

Çen Çinin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün qeyri-dinc vasitələrdən və digər zəruri tədbirlərdən istifadəni tələb edən qanunu xatırladıb:

“Vurğulamaq istəyirəm ki, Tayvanın müstəqilliyi müharibə deməkdir. Çin Tayvanın müstəqilliyini təşviq edən hadisələri təhrik etməyə cəsarət edənlərə səbir etməyəcək və onları bağışlamayacaq”.