“Qarabağ”ın qrupdakı son oyununun biletləri satışda

Avropa Liqasının qrup mərhələsində dekabrın 14-ü keçiriləcək “Qarabağ” – “Hekken” oyununun (saat 21:45) biletləri iticket.az-da satışa çıxarılıb.

Zafer Tv klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 250 manatdır.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Heydər Əliyev sarayının kassaları;
”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.