Ştaynmayeri Qətərdə qarşılayan olmadı – Video

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Qətərə qısamüddətli səfərə gedib, lakin o, təxminən yarım saat təyyarədə rəsmilərin onu qarşılamasını gözləməli olub.

Zafer Tv Axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Stern” nəşri məlumat yayıb.

“Frank-Valter Ştaynmayer bir qədər çaşqın görünürdü, hətta arvadı da onu tək buraxıb getmişdi. Dohaya enən bütün digər sərnişinlər artıq təyyarədən düşmüşdülər. Yalnız prezident təyyarənin çıxışında onu qarşılamalı olan məmurları gözləməyə məcbur oldu. Fəxri qarovul və limuzin Almaniya Prezidentinin təyyarəni tərk etməsini gözləyirdi, qırmızı xalça da artıq döşənmişdi, lakin Ştaynmayer yalnız 30 dəqiqədən sonra təyyarədən düşüb”, – məlumatda deyilib.