Kriştianu Ronaldu Madrid yolunda

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu sabiq komandası “Real Madrid”ə qarşı oynaya bilər.

Zafer Tv Fanat.Az-a istinadən xəbər verir ki, informasiyanı “Marca” yayıb.

Xəbərə görə, “Kral klubu” tikintisi başa çatan “Santyaqo Bernabeu” stadionunun açılışında sözügedən Səudiyyə ərəbistanı təmsilçisi ilə üz-üzə gəlmək istəyir. Görüş reallaşacağı halda, Ronaldu karyerasında ilk dəfə bu meydanda “Real” qarşı mübarizə aparacaq.

Qeyd edək ki, portuqaliyalı superulduz 2008-2018-cu illər aralığında Madrid təmsilçisinin şərəfini qoruyub.