Xalq artisti vəfat etdi

Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova 92 yaşında vəfat edib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, R.Axundova 1931-ci il avqustun 7-də Bakıda anadan olub, 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçdikdən sonra Azərbaycan Opera və Balet Teatrının solisti olmuşdur. 1971 ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteridir. Ayişə və Gözəllər gözəli, Fanni (“Yeddi gözəl”, “İldırımlı yollarla”, Q.Qarayev), Gülşən (“Gülşən”, S.Hacıbəyov), Gülyanaq (“Qız qalası”, Ə.Bədəlbəyli), Şirin (“Məhəbbət əfsanəsi”, A.Məlikov), Zarema (“Baxçasaray fontanı”, B.Asafyev), Jizel (“Jizel”, A.Adan) və s. Əri Maqsud Məmmədovla birlikdə Azərbaycan Opera və Balet Teatrında “Xəzər balladası” (1968, T.Bakıxanov), “Qobustan kölgələri” (1969, F.Qarayev), “Yallı” və “Azərbaycan süitası” (1969, R.Hacıyev), “İldırımlı yollarla” və “Yeddi gözəl” (1975, 1978, Q.Qarayev), “Babək” (1986, A.Əlizadə), “Şelkunçik” (1988, P.Çaykovski), habelə Novosibirsk Opera və Balet Teatrında “İldırımlı yollarla” (1976) baletlərinin quruluşunu verib.

O, həmçinin Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləyib.