İstanbulda terror aktı törədən qadın: “Gecələr yata bilmirəm”

Prokuror 2022-ci il noyabrın 13-də İstanbulun Beyoğlu rayonunun İstiqlal küçəsində 6 nəfərin ölümü, 99 nəfərin yaralanması ilə nəticələnən bombalı terror aktı ilə bağlı Əhlam Əlbəşir və 35 müttəhim haqqında rəyini açıqlayıb.

Zafer Tv Baku.ws-ə istinadən xəbər verir.

Rəydə, təqsirləndirilən Əlbəşirə ağırlaşdırılmış ömürlük həbs cəzası istənilib.

Suriya əsilli Əhlam Əlbəşir, “Mən bunun bomba olduğunu bilmirdim. Dedilər ki, mən ancaq turist kimi gedəcəm və sadəcə şəkil çəkməyimi dedilər. Gecələr rəhmətə gedən adamlara görə yata bilmirəm. Mən yetiməm və kimsənin yetim qalmasını istəmirəm. Məni ölümə məhkum etsəniz belə, etiraz etməyəcəyəm. Suriyaya gedən insanları tutmaq üçün Suriyaya getməyə hazıram. Buradakı insanların heç biri günahkar deyil. Hansı qərar verilsə, etiraz etməyəcəyəm”, – deyə bildirib.

İstanbul Respublika Baş Prokurorluğunun hazırladığı iddianamədə terror təşkilatı PKK/YPG-nin 13 noyabr 2022-ci ildə Beyoğlunun İstiqlal küçəsində təşkil etdiyi bombalı hücumda 6 nəfərin həyatını itirdiyi, 99 nəfərin yaralandığı bildirilir.

İddianamədə istintaq çərçivəsində terror təşkilatı YPG/PYD-nin xüsusi kəşfiyyatçıları olan müttəhimlər Əhlam Əlbəşir və Bilal əl-Hacmausun xüsusi təlim və təlimatlarla Türkiyəyə göndərildiklərinin müəyyən edildiyi qeyd olunur.

Təqsirləndirilən şəxslərin təşkilatın qurduğu şəbəkə vasitəsilə qeyri-qanuni yollarla İstanbula aparılaraq təşkilata məxsus evlərə yerləşdirildiyi və bu şəxslərin göstəriş əsasında sözügedən hərəkəti həyata keçirdiklərinin müəyyən edildiyi bildirilir.

36 təqsirləndirilən şəxsin “dövlətin birliyini və ərazi bütövlüyünü pozma”, “silahlı terror təşkilatı yaratmaq və ya ona rəhbərlik etmək”, “silahlı terror təşkilatına üzv olmaq”, “bombardman edərək uşağa qarşı qəsdən adam öldürmə”, “qəsdən adam öldürmə”, “bombalayaraq adam öldürmə”, “immiqrant qaçaqmalçılığı” cinayətlərinə görə cəzalandırılması istənilir.

123 nəfərin şikayətçi olduğu iddianamədə təqsirləndirilən şəxslərdən Əhlam Əlbəşir üçün 1949-cu ildən 3 009 ilədək azadlıqdan məhrumetmə cəzası istənilir.