Monqolustanın eks-prezidenti ölkənin “tarixi xəritəsini” dərc edib – Putinə mesaj

Monqolustanın keçmiş prezidenti Saxyaqiyn Elbeqdorj Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona verdiyi sensasion müsahibənin fonunda sosial şəbəkədə ölkənin “tarixi xəritəsini” dərc edib.

“Mən Monqolustanın tarixi xəritəsini tapdım. Narahat olmayın, biz sülhsevər və azad xalqıq”, – deyə Elbeqdorj bildirib.

Xəritədə Rusiyanın bütün müasir ərazisi Çingiz xan imperiyasının bir hissəsi kimi təsvir edilib. Monqolustanın eks-prezidenti öz postu ilə xatırladıb ki, bu torpaqlar vaxtilə monqol imperiyasına məxsus olub.

Bu, Putinə ünvanlanmış mesaj sayılır. Keçmiş prezidentin “biz sülhsevər və azad xalqıq” yazması isə ona işarədir ki, “şanlı keçmiş”i bərpa etmək əbəs işdir, sülhpərvər olmaq lazmdır. \\Musavat.com\\