Nazir Rəşad Nəbiyev alman şirkətlərinin nümayəndələri ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Almaniyanın Şərqi Biznes Assosiasiyasının və müvafiq sahədə fəaliyyət göstərən alman şirkətlərinin nümayəndələri ilə görüşüb.

Bu barədə nazirlikdən məlumat verilib.

Görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanları və alman şirkətlərinin ölkəmizdə fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.