Ermənistanın dövlət borcu 15 faiz artıb

2024-cü ilin birinci rübündə Ermənistanın dövlət borcu 2023-cü ilin eyni dövrü ilə müqayisədə ABŞ dolları ilə ifadədə 15% artıb.

Bunu Avrasiya İqtisadi Komissiyasının açıqladığı statistik göstəricilər sübut edir.

Komissiyanın təhlilinə görə, Ermənistanda dövlət borcu əsasən dövlət istiqrazları hesabına artıb və mütləq ifadədə 12,1 milyard dollara çatıb.

Ermənistan dramı ilə ifadədə borc 14,3% artıb.

Qeyd edək ki, rəqəm təkcə Ermənistan hökumətinin deyil, həm də ölkənin Mərkəzi Bankının borcu nəzərə alınmaqla hesablanıb.//Oxu.az